Şahçıraq ziyarətgahında törədilən acı cinayətin günahkarları mütləq cəzalarını alacaqlar
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Əhməd ibn Musanın (ə) hərəmində baş vermiş terror hadisəsilə bağlı başsağlığı verərkən vurğulayıb ki, bu kədərli cinayəti törədənlər mütləq cəzalarını alacaqlar.
Ayətullah Xamenei Şirazda Həzrət Əhməd bin Musanın (Şahçıraq) hərəmində baş verən terror hadisəsindən sonra mesaj verib.
Bu mesajın mətni belədir:
Allahın adı ilə
Həzrət Əhməd bin Musanın (ə) müqəddəs hərəmində onlarla günahsız kişi, qadın və uşağın şəhadətinə və yaralanmasına səbəb olan dəhşətli cinayət ürəkləri kədərləndirdi.
Bu kədərli cinayəti törədənlər mütləq cəzalarını alacaqlar, lakin yaxınlarının dərdi və Əhli-beyt (əleyhimus-səlam) hərəminin təhqir edilməsinin əvəzi yalnız bu hadisənin kökündəki səbəbini axtarmaqla ödənilməyəcək, bu fəlakətlər və bununla bağlı qəti və müdrik addımlar atılmalıdır.
Hər birimizin düşmənin əli alovlandıran atəş və onun xain planları müqabilində mübarizə aparmaq vəzifəsi var. İnsanların həyatına, təhlükəsizliyinə, müqəddəsliklərinə etinasızlıq və sayğısızlığa yol verən cərəyana qarşı təhlükəsizlik və ədliyyə orqanlarından tutmuş düşüncə və təbliğat sahəsində fəaliyyət göstərən fəallar birlik olmalıdır.
Əziz xalq və məsul qurumlar inşallah düşmənlərin bədxah hiyləsinə qalib gələcəklər.
Bu hadisədə həlak olanların ailələrinə, şirazlılara və bütün İran xalqına başsağlığı verir, yaralılara Uca Allahdan şəfa diləyirəm.
Seyid Əli Xamenei
27 oktyabr 2022-ci il