Sionist rejim İordan çayının qərb sahilində 29 fələstinli uşağı şəhid edib

Sionist rejim İordan çayının qərb sahilində 29 fələstinli uşağı şəhid edib

Ümumdünya Uşaqları Müdafiə Hərəkatının Fələstin şöbəsi çərşənbə günü gecə yaydığı hesabatda yazıb ki, bu ilin əvvəlindən Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən 29 fələstinli uşaq öldürülüb.

Fələstin İnformasiya Mərkəzinə istinadən verilən məlumata görə, bu hesabat sionist işğalçı rejimin İordan çayının qərb sahilində fələstinli uşaqlara qarşı təcavüz və cinayətlərini araşdırır.

Bu hesabatda bildirilir ki, bu uşaqlardan 10 nəfəri hazırda fələstinlilərlə sionist qüvvələr arasında ən çox qarşıdurmanın şahidi olan Cənin vilayətinin sakinləridir.

Sözügedən hərəkat həmçinin yüzlərlə fələstinli uşağın da İsrail əsgərləri tərəfindən yaralandığını bildirib.

Bu hərəkat vurğulayıb ki, bütün bu uşaqlar bədənin yuxarı nahiyəsindən döyüş güllələri ilə vurulub və bu, sionist rejim əsgərlərinin qəsdən fələstinliləri öldürmək məqsədi ilə onlara atəş açdığını göstərir.

Bu hərəkat bəyan edib ki, sionist işğalçıların fələstinli uşaqların öldürülməsinə görə cavabdehlik daşımaması və cəzalandırılmaması onların uşaqlara qarşı cinayətlərini heç bir maneə olmadan davam etdirmələrinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − eighteen =