ABŞ-da ermənipərəst senator istintaqa cəlb olunub

ABŞ-da ermənipərəst senator istintaqa cəlb olunub

Ermənipərəst çıxışları ilə tanınan, Nyu-Cersi ştatından olan senator Robert Menendez istintaqa cəlb olunub.

“Report” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bunu R.Menendezin müşaviri də təsdiqləyib. İstintaqı Manhetten Federal Prokurorluğu aparır.

Xatırladaq ki, amerikalı senator 2015-ci ilin aprelində Floridada çalışan göz həkimi Salomon Melqendən rüşvət almaqda ittiham olunub. Prokurorlar Menendezi seçki kampaniyası çərçivəsində 1 milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaqda, həmçinin Melqenin şəxsi təyyarəsində səyahət etməklə bağlı ittiham irəli sürüblər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − four =