Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürüldü

FHN qüvvələrinin çevik müdaxiləsi nəticəsində Qış parkının yaxınlığında birmərtəbəli binanın dam örtüyündə baş verən yanğın qısa müddətdə söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
***15:48
Paytaxtın mərkəzi yerlərindən birində yanğın baş verib.
BAKU.WS xəbər verir ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində, Qış parkının yaxınlığında birmərtəbəli binanın dam örtüyü yanır.
FHN-in yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb edilib. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğının baş vermə səbəbi hələ ki açıqlanmayıb.
BAKU.WS