Ağ Ev: Suriyadan çəkilmək barədə düşünmürük
Con Kirbi aydınlaşdırıb ki, Vaşinqtonun Suriyaya qarşı sanksiyalarını azaltmaq və ya qüvvələrini bu ölkə ərazisindən çıxarmaq qərarı yoxdur.
Rəy Əl-Yəvm məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr koordinatoru Con Kirbi deyib: ABŞ-ın Suriyadakı mövcudluğu geniş deyil, bu ölkədə məhdud ərazilərdə cəmi 1000 ABŞ əsgəri var. Bu əsgərlərin missiyası İŞİD terror qruplaşması ilə mübarizədən ibarətdir.
O, Ağ Evin Suriyada qüvvələr balansını dəyişmək qərarı olmadığını, lakin İŞİD-ə qarşı mübarizəni davam etdirməkdə ısrarlı olduğunu bildirib.
Kirbi həmçinin aydınlaşdırıb ki, Vaşinqtonun Suriyaya qarşı sanksiyaları azaltmaq və ya qüvvələrini bu ölkə ərazisindən çıxarmaq fikri yoxdur.