Türkiyə ordusunun Suriyanın Əl-Həsakə şəhərinin şimalına artilleriya hücumu
Xəbər mənbələri cümə günü səhər saatlarında Türkiyə ordusunun artilleriyasının Suriyanın şimal-şərqində yerləşən Əl-Həsakə bölgəsini hədəfə aldığını bildirib.
Suriya İnsan Haqları Müşahidəçisi kimi tanınan qrup Türkiyə ordusunun Həsəkənin şimal-qərbində yerləşən Rasin qəsəbəsinin ətrafındakı “Tel-Əl-Vird”, “Ər Rəbiat”, “Xirbəl-Şəir” və “Əl-Əbus” kəndlərini hədəf aldığını açıqlayıb.
Bu hücumun mümkün zərərləri ilə bağlı təfərrüatlar açıqlanmayıb.
2016-cı ildən Türkiyə ordusu 2 Fərat Qalxanı və Zeytun Budağı əməliyyatlarında iştirak edib.
Afrin və Əl-Bab, Əzəz və Cerabulus şəhərləri də daxil olmaqla 4 min kilometr Suriya ərazisini ələ keçirib.
Digər tərəfdən, Ankara 25 oktyabr 2018-ci ildə Suriyanın şimalında “Suriya Demokratik Qüvvələri” kimi tanınan kürd milislərini Rakka və Əl-Həsəkənin sərhəd bölgələrindən sıxışdırmaq üçün “Sülh çeşməsi” adlı hərbi əməliyyata başlayıb.
Bir həftə davam edən əməliyyat Ankara ilə Vaşinqton arasında atəşkəs razılaşması və Türkiyə kürd milislərinə Türkiyə sərhədindən 32 kilometr geri çəkilmək üçün beş gün vaxt verdikdən sonra dayandırılıb.