Aun: Biz Seyid Həsən Nəsrullahla həmrəyik/ Livanı qorumaq üçün çəkindirici güc zəruridir

Aun: Biz Seyid Həsən Nəsrullahla həmrəyik/ Livanı qorumaq üçün çəkindirici güc zəruridir

Livan prezidenti ölkənin ən çətin vəziyyətində Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahla həmrəyliyindən danışıb və Livanı istənilən təcavüzdən qorumaq üçün Livanın çəkindirmə qabiliyyətini zəruri hesab edib.

Livan prezidenti Mişel Aun “Əl-Mənar” telekanalına müsahibəsində Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə münasibətləri barədə deyib:

 Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə münasibətlər səmimiyyətlə doludur və bunda heç bir hiylə yoxdur. Çətin vəziyyətlərdə və ölkənin mənafeyi naminə aramızda həmişə həmrəylik var.

Mişel Aun bildirib ki, Livan və işğal olunmuş Fələstin arasında dəniz sərhədlərinin çəkilməsi üzrə danışıqlarda güc dəstəkləyici və bəlkə də, həvəsləndirici amildir. Güc müdrik insanlar üçün çox faydalı, düşüncəsiz insanlar üçün isə çox zərərlidir.

Livan prezidenti deyib ki, çəkindirmə həm sərhədləri, həm də daxildə cəmiyyəti qoruyan zəruri məsələdir.

Yeni Livan hökumətinin formalaşdırılması prosesinə gəlincə, o, hökumətin qurulması sahəsində heç bir maneəsinin olmadığını, lakin bunun düzgün şəkildə həyata keçirilməli olduğunu bildirib.

Aun deyib: Biz nazirlərimizin bizə diktə etdirilərək seçilməsini qəbul etmirik. Müharibə dövründə də diktələri qəbul etməmişik, bu gün də qəbul etməyəcəyik.

Livan son parlament seçkilərindən sonra daxili siyasi fikir ayrılıqlarına görə hələ də yeni hökumətini formalaşdıra bilməyib və işlərə Nəcib Miqatinin başçılıq etdiyi hazırkı hökumət rəhbərlik edir.

Livan prezidenti Mişel Aunun prezidentlik müddəti başa çatmaq üzrədir və bu, Livan prezidentlik institutunun səlahiyyətinin əsasən ölkə işlərini idarə edilməsinin müvəqqəti və məhdud səlahiyyətlərə malik olan hökumətə verilməsinə səbəb olacaq. Bu, Livanın siyasi arenasını daha da mürəkkəbləşdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =