Cəlilabadda üç minik avtomobili toqquşub

Cəlilabadda üç minik avtomobili toqquşub

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində üç minik maşınının iştirakı ilə zəncirvari yol qəzası baş verib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə zamanı “BMW”, “VAZ 2107” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =