Sudanlı etirazçılar BMT nümayəndəsinin ölkədən çıxarılmasını tələb ediblər

Sudanlı etirazçılar BMT nümayəndəsinin ölkədən çıxarılmasını tələb ediblər

Minlərlə sudanlı xarici ölkələrin onların ölkələrinin işlərinə qarışmasına etiraz edərək, BMT nümayəndəsinin ölkədən çıxarılmasını tələb ediblər.

Məlumata görə, Sudanın keçmiş hakim partiyasının minlərlə tərəfdarı bu ölkənin paytaxtı Xartumda Sudanın daxili işlərinə xarici müdaxilələrə qarşı nümayiş keçirib.

Sudanın devrilmiş prezidenti Ömər Əl-Bəşirin Milli Konqres Partiyasının (NCP) tərəfdarları BMT-nin Sudandakı nümayəndəsi Volker Peretsin ölkədən çıxarılmasını tələb edən plakatlar nümayiş etdiriblər.

“Biz Sudanda islamçıları hədəf alan sui-qəsdlərə etiraz edirik və nə qədər ki, biz sağıq, Sudan heç vaxt dünyəvi qanunlarla idarə olunmayacaq.” – nümayişçilərdən biri deyib.

Bu etirazçı əlavə edib: “Biz də BMT nümayəndəsi adından Sudanın milli suverenliyini qorumaq üçün xarici müdaxilə və yeni müstəmləkəçiliyə qarşı etiraz edirik.”

Sudanda hakim ordu ilə müxalif qüvvələr “Azadlıq və Dəyişiklik Qüvvələri” adı altında son bir neçə həftədir ki, Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında bu ölkədə aylardır davam edən siyasi böhranı həll etmək məqsədilə razılığa gəlmək üçün danışıqlar aparırlar.

ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu QUAD mexanizmi də Sudanın siyasi partiyalarına ölkəni keçid dövrünə qaytarmaq üçün siyasi razılaşma əldə etməyə təzyiq edib.

Ötən ildən Sudan ordusu baş nazir Abdullah Hamdukun keçid hökumətini devirdikdən sonra ölkədə siyasi və iqtisadi qarışıqlıq hökm sürür və siyasi qüvvələr ordunun fəaliyyətini “hərbi çevriliş” hesab edir.

Sudanlı həkimlərin məlumatına görə, oktyabr ayından bəri orduya qarşı keçirilən etirazlarda azı 100 nəfər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =