Hebronda altı sionist öldürülüb və yaralanıb

Hebronda altı sionist öldürülüb və yaralanıb

Fələstinli döyüşçülərin Hebronda sionist mühacirləri atəşə tutması zamanı azı bir sionist həlak olub, bir nəfər isə yaralanıb.

Sionist mediası da bu hadisədə ən azı beş başqa sionistin yaralandığını bildirib.

İsrail ordusu fələstinli döyüşçülərdən birini şəhid etdiyini iddia edib.

Sionistlər son aylarda İordan çayının qərb sahilində fələstinlilərə qarşı kütləvi hücumlara başlayıblar. Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Müvəkkilinin sözçüsü Ravina Şamdasani İsveçrənin Cenevrə şəhərində keçirdiyi həftəlik konfransında 2022-ci ilin əvvəlindən Qərb Sahilində 118 fələstinlinin şəhid olduğunu açıqlamışdı.

Bu BMT rəsmisinin sözlərinə görə, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən öldürülən şəhidlərdən 26-sı uşaq, beşi isə qadındır.

O, həmçinin bildirib ki, sionist mühacirlər tərəfindən biri uşaq olmaqla üç fələstinli şəhid olub.

Keçən həftənin cümə axşamı günü bu komissiyanın üç üzvü Nyu-Yorkda mətbuat konfransında bildiriblər ki, gələcək hesabatlarda İsrailin aparteid siyasəti araşdırılacaq. Onlar bildiriblər ki, indiyədək aparılan araşdırmalar “münaqişələrin kökləri” üzərində cəmlənib. Onların fikrincə, İsrailin İordan çayının qərb sahilində mövcudluğu münaqişələrin əsas səbəbidir.

Sionist “The Times of Israel” qəzeti yazır ki, bu araşdırma Tel-Əvivdə narahatlıq yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 2 =