Sudanda Səudiyyə Ərəbistanı və BƏƏ əleyhinə nümayişlər keçirilib

Sudanda Səudiyyə Ərəbistanı və BƏƏ əleyhinə nümayişlər keçirilib

Minlərlə sudanlı Birləşmiş Millətlər Təşkilatının Xartumdakı mənzil-qərargahı qarşısında bu təşkilatın və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya ölkələrinin bu ölkənin daxili işlərinə müdaxiləsinə qarşı nümayiş keçirib.

Bu ölkədə bir illik hərbi çevrilişdən sonra minlərlə sudanlı Birləşmiş Millətlər Təşkilatının Xartumdakı mənzil-qərargahı qarşısında küçələrə çıxaraq BMT-nin Sudanın işlərinə qarışmasına qarşı etiraz nümayişi keçirib.

AFP xəbər verir ki, nümayişçilər əllərində “Xarici müdaxiləyə yox” və “Dörd ölkəyə yox” yazılmış plakatlar daşıyıblar və nümayişçilərin yanında polis qüvvələri də olub.

Nümayiş iştirakçıları Sudanda vasitəçi rolunu oynamaq istəyən dörd ölkə deməklə Birləşmiş Millətlər Təşkilatı, İngiltərə, Səudiyyə Ərəbistanı və BƏƏ-ni nəzərdə tutur.

Sözügedən xəbər agentliyi əlavə edib ki, etirazçılar “Allahu Əkbər” və “Biz İslam dininin qurbanlarıyıq və özümüzü fəda etməklə İslamın izzətini və əzəmətini bu ölkəyə qaytaracağıq” şüarları səsləndiriblər.

“Arabi RT”-nin məlumatına görə, bu nümayiş şənbə günü bəzi inqilabi qüvvələrin Sudanın paytaxtı Xartumda əsas yolları bağlamaq barədə bəyanatı ilə daha da şiddətlənib. Əksər siyasi müşahidəçilər qarşıdan gələn nümayişlərə görə Sudanın xaosa doğru çəkiləcəyindən ehtiyat edirlər.

Sudanın hərbi hökmdarı general “Əbdülfəttah əl-Bərhan” bu hərbi qurumun Birləşmiş Millətlər Təşkilatı və Afrika İttifaqının təşkil etdiyi milli dialoqda iştirak etməyəcəyini açıqlayıb.

Lakin mitinq iştirakçıları və müxalif qüvvələr bəyannaməni “açıq manevr” kimi qiymətləndirib və qəbul etməyiblər.

Əl-Bərhan bir il əvvəl 25 oktyabr 2021-ci ildə çevriliş zamanı bu ölkədə hakimiyyəti ələ keçirdi, bundan iki il əvvəl mülki şəxslərlə ortaq şəkildə hakimiyyəti ələ aldı və Sudanda azad seçkilər keçirəcəyinə söz verdi. Lakin oktyabrın 25-də o, kabinetin bütün siyasi liderlərinin və mülki nazirlərinin həbsinə göstəriş və bütün hakimiyyəti hərbçilərin ixtiyarına verdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =