Suriya ordusu Həma ətrafında terrorçuların mövqelərini güclü atəşə tutub
SANA-nın məlumatına görə, Suriya mənbələri Suriya ordusunun Həma şəhərinin kənarında terrorçuların mövqelərini şiddətli atəşə tutması barədə məlumat yayıb.
Bu mənbələr elan ediblər: Suriya ordusunun qüvvələri Həmanın qərb ətraflarında Səhləl-Qəbin şəhərinin Əl-Ənkavi, Əl-Qahirə, Quləydin və Xirbən-Naqus kəndləri arasında yerləşən ərazidə terrorçuların mövqelərini ağır artilleriyadan atəşə tutub.
Adı çəkilən mənbələr həmçinin vurğulayıblar: Suriya ordusu qüvvələri Hərş Bəynəyn, İdlibin cənubundakı Cəbələz-Zaviyədə Filayfil və İdlib ilə Hələb arasındakı Məarə qəsəbələrində terrorçuların mövqelərini hədəfə alıblar.
Qeyd edək ki, 2014-cü ilin aprel ayından İdlib vilayəti Təhrirəş-Şam terrorçuları tərəfindən işğal olunduqdan sonra, bu vilayət bu qruplaşmaların və digər terrorçuların, məsələn, Azad ordu adlandırılan qrupların və İŞİD-dən başqa, yerdə qalan terrorçuların idarə mərkəzinə çevrilib. 2014-cü ildən ölkənin müxtəlif bölgələrini terrorçulardan təmizləyən Suriya Ordusu və İslami Müqavimət Cəbhəsi də bu fürsətdən istifadə edərək yerdə qalan terrorçuları İdlib vilayətinə yönəldib və bu vilayətdə onları mühasirəyə alıb.
İdlib vilayətində (Suriyanın Şimal-Qərbi) terrorçu qrupların əsas diqqəti hazırda Təhrirəş-Şamın (keçmiş Cəbhətun-Nüsrə) əlindədir və bu terror qruplaşması İŞİD-in məğlubiyyətindən sonra, Suriyada ən böyük və ən nüfuzlu terror qruplaşması hesab olunur