İngilis sərhədçisinə bir neçə bomba ilə hücum

İngilis sərhədçisinə bir neçə bomba ilə hücum

Media bu ölkənin cənubunda bir neçə əldəqayırma bombadan istifadə etməklə Britaniya sərhədçilərinə hücumdan xəbər verir.

Euro News telekanalının məlumatına görə, bu bazar günü bir kişi bir neçə əldəqayırma partlayıcı ilə Britaniya Sərhəd Mühafizəsi qüvvələrinə hücum edib.

Bu mediaya görə, bu hadisənin şahidi Reuters xəbər agentliyinə bununla bağlı bildirib ki, hücum edən şəxs cənubdakı Dover limanında Britaniya İmmiqrasiya Sərhəd Qüvvələrinin yeni mərkəzinə molotov kokteyli atıb, sonra intihar edib.

Reuters-in məlumatına görə, zolaqlı geyimli ağ dərili hücumçu ağ SEAT markalı idman avtomobili ilə mərkəzə doğru hərəkət edib.

Hadisə şahidi bildirib ki, hücum edən şəxs daha sonra avtomobilindən düşüb 3 ədəd molotov kokteyli atıb ki, onlardan biri partlamayıb.

Bu hadisəni lentə alan fotoqraf Reuters xəbər agentliyinə deyib: Hücumdan sonra adı çəkilən şəxs oradan ayrılaraq intihar edib.

Bir neçə dəqiqə sonra polis gəlib və ərazini mühasirəyə alıb.

Hələlik bu hadisənin səbəb və amilləri və hücum edənin motivləri barədə əlavə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + eight =