ABŞ-da baş verən atışmada 14 nəfər yaralanıb

ABŞ-da baş verən atışmada 14 nəfər yaralanıb

ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) Hellouin bayramı zamanı baş verən atışma nəticəsində azı 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən ABC telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanları zərərçəkənlərin vəziyyəti barədə məlumat verməyib. Eyni zamanda, yerli yanğınsöndürmə departamentinin məlumatına görə, 11 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə azı 10 təcili yardım maşını göndərilib.

Polis atışmanın başvermə şəraitini araşdırır. Digər təfərrüatlar açıqlanmır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 19 =