Cənubi Koreyada izdihamda ölənlərin sayı 156 nəfərə çatıb

Cənubi Koreyada izdihamda ölənlərin sayı 156 nəfərə çatıb

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin mərkəzindəki İthevonda izdiham nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

Məlumata görə, faciənin qurbanları arasında Çin və Rusiya da daxil olmaqla 14 ölkədən 26 əcnəbi var.

Son məlumatlara görə, zərərçəkənlərin sayı 151 nəfərdir. Xəstəxanaya yerləşdirilən 40 nəfərdən 29-nun vəziyyəti ağır qiymətləndirilir.

İthevon ərazisi Seulun gecə həyatının mərkəzlərindən biri kimi tanınır. On minlərlə gənc son üç ildə ilk dəfə koronavirus məhdudiyyətlərinin olmadığı Hellouin bayramını qeyd etmək üçün oktyabrın 29-da əraziyə səfər edib. İzdiham eni təxminən 4 metr olan dar döngələrdən birində başlayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =