Putin Soçidə Paşinyana nə deyib? -ŞOK DETALLAR

Putin Soçidə Paşinyana nə deyib? -ŞOK DETALLAR

Bunu Publika.az-a açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə Soçidı keçirilən üçtərəfli görüşü şərh edən politoloq Zaur Məmmədov deyib.

“Bəs Bakının “Soçi qovluğu”nda nələr vardı?”- sualına cavabında ekspert bildirib ki, əsas diqqət mərkəzində olan məsələlərdən biri budur:

“Əvvəla onu deyək ki, bizdən fərqli olaraq Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə 15 təkliflə getmişdi. Amma onun heç bir təklifi qəbul edilmədi. Yekun bəyanata nəzər salanda görürük ki, Ermənistanın baş naziri Soçidən olduqca narazı qayıtdı. Nikol Paşinyanın Soçi görüşü ərəfəsində Rusiyanın əleyhinə fikirlər bildirməsi, sülhməramlılarının mandatlıq müddətinin uzadılması ilə bağlı bəyanatlar səsləndirməsi ona kömək etmədi. Cənab prezident İlham Əliyev bir daha Rusiya və Ermənistan qarşısında öz prinsipiallığını nümayiş etdirdi”. Ekspertin fikrincə, Prezident Əliyev Soçidə Azərbaycanın maraqlarına zərbə vurulmasına icazə vermədi:

“Nəticə etibarı ilə görüşdə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi də bunun bariz göstəricisidir. Amma ümumi götürdükdə Soçi görüşündən hər hansı bir nəticə gözlənilmirdi. Yekun hüquqi sənədin qəbul edilməsi ilə bağlı gözləntilər yox idi. Biz bildirik ki, Rusiya ilə yanaşı, Qərb platforması da mövcuddur. Düşünürəm ki, Soçi görüşü Qərb platformasında əldə edilən razılaşmaların bir qədər səngiməsi, dondurulması ilə nəticələnəcək. Çox güman ki, Rusiya tərəfi Nikol Paşinyanla görüşdə Kremlin “qırmızı xətti”ni İrəvanın diqqətinə çatdırıb. Çətin ki, belə olan təqdirdə Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinə getsin. Bu, birbaşa bəzi məsələlərin Ermənistanın hazırkı baş nazirinin əlindən çıxması ilə nəticələnə bilər”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =