İrəvan necə nokaut oldu? -Soçi görüşünün PƏRDƏARXASI

İrəvan necə nokaut oldu? -Soçi görüşünün PƏRDƏARXASI

Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev oktyabrın 31-də Soçidə baş tutan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü və görüşdən sonra bölgəni hansı ssenarilərin gözləyəcəyi ilə bağlı fikirlərini bölüşərkən deyib.

Politoloq bildirib ki, Ermənistan tərəfinin Qarabağın dağlıq hissəsində rusiyalı sülhməramlıların 15-20 il qalması ilə bağlı bəyanatı da İrəvanın yox, Kremlin marağında olan məsələdir:

“Amma Azərbaycan razılıq vermədi və verə də bilməzdi. Çünki bu da birmənalı şəkildə rəsmi Bakının “qırmızı xətti”nə toxunan bir məsələdir. Azərbaycan əsas maddələrə razılıq vermədiyi üçün Ermənistan və Rusiyanın gözləntiləri baş tutmadı. Görüşün sonundakı Soçi Bəyanatı isə 2020 və 2021-ci il bəyanatında qeyd olunan nüansların yerinə yetirilməsi ilə bağlıdır. Burada ən önəmli məqam odur ki, Moskva birmənalı şəkildə Avropa İttifaqının səylərini həmin müraciətdən çıxartdı. Yəni Vaşinqton və Brüssel sənədləri Moskvanın maraqlarına uyğun gəlmədiyinə görə onu bir kənara qoydu. Bu, əslində Ermənistanın diplomatik masada məhvi deməkdir. Burada Azərbaycanın Avropa İttifaqının missiyasının bölgəyə gəlməsinə razılıq verməməsi də diqqətdən qaçmamalıdır. Üstəlik, “Dağlıq Qarabağ” ifadəsi yenə də müraciətdə və müzakirələrdə yer almadı. Çünki artıq münaqişənin başa çatdığını Azərbaycan Prezidenti dəfələrlə qeyd edib”.

Cümşüd Nuriyevin yanaşmasına görə, artıq iki ildir ki, qalib tərəf kimi Azərbaycan öz şərtlərini diqtə edir və bildirir ki, proses ancaq Bakının beş bənddən ibarət şərtləri əsasında irəliləyə bilər:

“Digər bir məqam odur ki, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapıb. Bu istiqamətdə müsbət irəliləyişlər var. Ermənistan ordusunun Qarabağın dağlıq hissəsindəki qalıqları da çıxarılmalıdır. Görünür, Ermənistan bu öhdəliyi boynuna götürdüyü üçün Soçi bəyannaməsinə salınmayıb. Ümumilikdə götürdükdə, Soçi görüşünü “soyuq hava”da “isti görüş” kimi dəyərləndirmək olar. Bu, İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Prezident Əliyev artıq neçənci dəfədir ki, üçtərəfli, dördtərəfli görüşlərdən diplomatik qələbə ilə çıxır. Öz fikrini təsdiq etdirir və qarşı tərəfi də öz mövqeyinə hörmət etmək məcburiyyətində qoyur. Ona görə də, Soçi görüşünü Azərbaycan üçün çox uğurlu hesab edirəm. Ümumilikdə Azərbaycan diplomatiyası növbəti qələbəsini aktivinə yazdı”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 5 =