İran ABŞ-ın bir sıra fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib

İran ABŞ-ın bir sıra fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib

İran ABŞ-ın 10 şəxs və 4 təşkilata qarşı sanksiya tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə “Tasnim” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, sanksiyalar ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo, ABŞ Mərkəzi Komandanlığının generalı Maykl Kurilla, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Enn Noyberqer və digər ABŞ hərbçiləri və məmurlarına qarşı tətbiq edilib.

Bundan əlavə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Milli Qvardiya, ABŞ Hərbi Hava Qüvvələrinin 9-cu Hava Ordusu və “Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatına da qarşı sanksiyalar tətbiq edilib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + five =