Livanlılar Səudiyyə Ərəbistanı səfirinin ölkədən çıxarılmasını tələb ediblər

Livanlılar Səudiyyə Ərəbistanı səfirinin ölkədən çıxarılmasını tələb ediblər

Livan köçərilərinin qatıldığı mərasimdə Səudiyyə Ərəbistanının Beyrutdakı səfiri iştirakçıları qəzəbləndirib və onlar Ər-Riyad səfirinin Səudiyyə qayıtmasını tələb ediblər.

“Əl-Bəqa” yaxınlığındakı “Əl-Faur” şəhərindəki bir mərasimdə iştirak edən Səudiyyə Ərəbistanının Livandakı səfiri Vəlid Əl-Buxari bölgədə Livan xalqının qəzəbinə səbəb olub və onun ölkəsinə qayıtmasını tələb ediblər.

 “Rusiya Əl-Yəvm” xəbər saytının məlumatına görə, Səudiyyə Ərəbistanının Livandakı səfirinin yoldaşları bu mərasimdə iştirak edərkən bildiriblər ki, qəbilələr arasında təhlükəsizlik problemlərinə görə Əl-Buxari onlarla görüşməkdən vaz keçib.

Səfirin bu davranışı Livan xalqının narazılığına səbəb olub və onlar Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan Əl-Buxarini Livandakı vəzifəsindən uzaqlaşdırmasını istəyiblər.

Tvitterdə yayımlanan bir videoda livanlılardan biri dedi: “Əl-Faur şəhəri hər kəsə hörmət edir və bələdiyyəyə bu mərasimi keçirdiyi üçün təşəkkür edirik. Amma deyəsən, səfir və onun mühafizəçiləri bizimlə görüşmək istəmirlər.

Biz Səudiyyə Ərəbistanından heç bir kömək istəmirik. Daha doğrusu, biz yalnız öz ləyaqətimizi istəyirik ki, bu da istənilən səfirdən daha vacibdir.”

O əlavə edib: “Livanda şeyxlərin və qəbilələ başçılarının ləyaqəti Səudiyyə Ərəbistanındakı bir dövlət qulluqçusundan daha vacibdir. Səudiyyə Ərəbistanı kralı Məhəmməd bin Salmandan əl-Buxarinin Livandan deportasiyasını xahiş edirik. Bu ölkədən heç bir səfirin bizə gəlməsini istəmirik.”

Əl-Buxari bundan əvvəl də Livan qəbilələrinin mərasimlərində iştirak edərək, Livan xalqının diqqətini Səudiyyənin bu ölkədəki siyasətlərinə cəlb etməyə çalışaraq problem yaratmış, qarşıdurmalara və tənqidlərə səbəb olmuşdu.

Ötən həftə Ər-Riyadın Beyrutdakı şəxsi fəaliyyətləri və siyasətlərinə qarşı artan tənqidlərdən sonra Səudiyyə Ərəbistanının səfiri tvit yazıb və Səudiyyə Ərəbistanının Livanın işlərinə qarışmaq istəmədiyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + sixteen =