Azərbaycan fəlakətin bir addımlığında: Xəzər hövzəsində nə baş verir?

Azərbaycan fəlakətin bir addımlığında: Xəzər hövzəsində nə baş verir?

Bunu Publika.aza açıqlamasında professor Müslüm Qurbanov orta illik temperaturun sürətlə artmasına münasibət bildirərkən söyləyib.

Mütəxəssisin fikrincə, temperaturun artması bütün sahələrə öz mənfi təsirini göstərməkdədir:

“Bu, bütün sahələrdə fəlakətə səbəb ola biləcək bir durumdur. İnsanlara, heyvanlara, torpağın özünə, bir sözlə, ətraf mühitin bütün komponentlərinə öz mənfi təsirini göstərir. Çünki biz əsrlər boyu bu şəraitə rotasiya olunmuş şəkildə yaşayırıq. İndi orta istilik amplitudası bir qədər qalxıb. Amma ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı ortada beynəlxalq sənədlər var. Bütün ölkələr ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı proqramlar işləyirlər. Təhlükənin miqdarını azaltmağa çalışırlar. Bu istiqamətdə respublikamızda da bir sıra işlər həyata keçirilir”.

Professor temperaturun artmasının aşağıdakı problemlərə gətirib çıxaracağını xüsusi vurğulayıb:

“İlk növbədə quraqlıq arealı artacaq. Su ehtiyatları bir xeyli azalacaq. Bu, qlobal problemdir. Buzlaqların əriməsi məsələsi də böyük problemlərdən biridir. Həmin nüans həm dünyada, həm də respublikamızda ciddi problem kimi araşdırılır. Su ehtiyatları isə artıq azalmaqdadır. Eyni zamanda, quraqlıq və temperaturun artması kənd təsərrüfatında məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Bu da insanların sağlamlığına dolayı yolla da olsa ziyan vuracaq. Hətta qlobal istiləşmə ərzaq qıtlığının yaranmasına səbəb olan nüanslardan biridir”.

“Xəzər dənizində orta temperaturun artması fəsadlara səbəb ola bilər?” –sualına elmlər doktorunun cavabı birmənalı olub:

“Su hövzələrində temperatur artımı da qlobal problemdir. Biz bu istiqamətdə ölkə daxilində müəyyən planlar həyata keçiririk. Çalışırıq ki, heç olmasa, sahilyanı zonada temperatur rejimini sabit saxlayaq. Amma Xəzərə bir neçə ölkənin ərazisindən keçən çaylar axır. Axıntılar çoxdur. Ona görə də, Xəzər dənizinin temperaturunun idarə olunması çox mühüm məsələdir. Çünki canlı orqanizmlər isti temperatura həddindən artıq həssasdır. Ola bilər ki, nadir balıq növlərinin miqdarının azalması elə indi də baş versin. Təkcə Xəzər dənizində yox, respublika ərazisindəki bütün su və quru hövzələr temperatur artımından zərər görə bilər. Prinsip etibarı ilə proseslərin axarı ona doğru gedir. Amma proqramlar da hazırlanır. Həmin proqramların icrası nəticəsində emissiyanın azaldılması nəzərdə tutulur. Temperaturun müəyyən səviyyədə saxlanılmasına çalışırlar. Sahilyanı zonaların ekoloji bərpası nəzərdən keçirilir. Çoxsaylı işlər görülür”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − six =