Generalların Putinsiz toplantısı: nüvə silahını nə vaxt işə salacaqlar?

Generalların Putinsiz toplantısı: nüvə silahını nə vaxt işə salacaqlar?



Publika.az 
xəbər verir ki, bu barədə ABŞ-ın yüksək səviyyəli rəsmiləri “Nyu-York Tayms” nəşrinə bildiriblər.

Nəşrin əldə etdiyi məlumata görə, generalların nüvə silahını müzakirə etdiyi toplantıda prezident Putin iştirak etməyib.

“Rusiyada bu müzakirənin keçirilməsi belə ABŞ-ı hərəkətə keçirə bilər. Çünki bu, Rusiya generallarının Ukrayna müharibəsində uğursuzluğunun isbatıdır. Bu, eyni zamanda Putinin nüvə silahından istifadə ilə bağlı təhdidlərinin, sadəcə sözdən ibarət olmadığını göstərir”, – nəşr yazır.

Lakin amerikalı rəsmilər Rusiyanın nüvə silahlarını cəbhəyə yerləşdirdiyinə və ya hücuma hazırlıq üçün hansısa addım atdığına dair fakt tapa bilmədiklərini də bildiriblər.

Hərbi ekspertlərin fikrincə, 75 ildən sonra ilk dəfə nüvə silahından istifadənin dəhşətli nəticələri olacaq. Hətta kiçik bir nüvə partlaması da minlərlə insanın ölümünə səbəb ola, Ukraynanın bəzi bölgələrində həyatı tamamilə yox edə bilər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − eight =