Yəmənin Əl-Hədidə şəhərində minanın partlaması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Yəmənin Əl-Hədidə şəhərində minanın partlaması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Xəbər mənbələri çərşənbə günü gecə Səudiyyə koalisiyasının Yəmənə təcavüzündən qalan minanın partlaması nəticəsində 1 nəfərin öldüyünü və 2 nəfərin yaralandığını bildirib.

Əl-Məsirənin verdiyi xəbərə görə, Səudiyyə koalisiyasının Əl-Hədidə əyalətində yerləşən Əl-Dureyhəmi şəhərindəki təcavüzündən qalan minanın partlaması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ötən həftə Yəmənin Mina Təmizləmə üzrə İcra Mərkəzi təcavüzkar Səudiyyə koalisiyası və onların muzdlularının qoyub getdiyi kaset bombaları və partlayıcıların partlaması nəticəsində bir mülki vətəndaşın həlak olduğunu, yeddi nəfərin isə yaralandığını açıqlamışdı.

Bundan əvvəl Yəmənin Mina Təmizləmə üzrə İcra Mərkəzinin rəhbəri Əli Səfra bildirib ki, mart ayından bəri Yəməndə minalar və kasset bombalarının partlaması nəticəsində 84-ü uşaq olmaqla 255 nəfər həlak olub.

Daha öncə Yəmən rəsmisi demişdi: Əsas problem kaset bombalarının zərərsizləşdirilə bilməməsidir və Birləşmiş Millətlər Təşkilatı bu bombaları təmizləmək üçün bizə lazımi material və alətlər vermir və Səudiyyə koalisiyası bu materialların daxil olmasına mane olur.

2014-cü il aprelin 6-dan etibarən Səudiyyə Ərəbistanı bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın köməyi və yaşıl işığı ilə istefa vermiş prezidenti geri qaytarmaq bəhanəsi ilə ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı kütləvi hücumlara başladı. Bu təcavüz nəticəsində indiyədək minlərlə yəmənli həlak olub.

BMT-yə bağlı təşkilatlar, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF dəfələrlə xəbərdarlıq ediblər ki, təcavüzkarların Yəmənə qarşı davam edən hücumları səbəbindən bu ölkə xalqı aclıq və ötən əsrdə görünməmiş humanitar fəlakətlə üz-üzədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − eight =