Fələstin yaraqlıları İordan çayının qərb sahilində sionist əsgərlərə hücum edib

Fələstin yaraqlıları İordan çayının qərb sahilində sionist əsgərlərə hücum edib

Xəbər mənbələri çərşənbə günü gecə fələstinli yaraqlıların Cəninin şimalında sionist hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum etdiyini bildiriblər.

Fələstin Əl-Yəvm-in verdiyi məlumata görə, fələstinli döyüşçülər Cəninin şimalında yerləşən “Əl-Cəlmə” hərbi keçid məntəqəsinə hücum ediblər.

Bu xəbərə görə, fələstinli döyüşçülər sionist əsgərləri ağır atəşlə hədəfə alıblar. Bu hücumun mümkün zərərləri ilə bağlı hələlik heç bir hesabat dərc edilməyib.

Digər tərəfdən sionist əsgərlər Hebrondakı Dora məntəqəsində 39 yaşlı Fələstin vətəndaşını güllələyib və yaralayıblar.

Bu xəbərə əsasən, “Usamə Yusif Əbu Nəsar əş-Şəhatit” sionist əsgərlər tərəfindən ayağından vurularaq Hebron xəstəxanasına aparılıb.

Bu günlərdə, xüsusilə İordan çayının qərb sahilində işğal olunmuş ərazilərə xüsusi şəraiti hakimdir və fələstinli döyüşçülər hər vasitə ilə sionistlərin saysız-hesabsız cinayətlərinə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular, indi isə Fələstinin şərqində İordan çayının qərb sahilindəki gənclər də mübarizəyə qoşulub və bu, qorxaq sionistləri rahat yuxudan məhrum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − eleven =