İranın 8 əyalətində sel və daşqınlar baş verib
İranın 8 əyalətində sel və daşqınlar baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, son 48 saat ərzində İsfahan, Çaharmahal və Bəxtiyari, Rəzəvi Xorasan, Şimali Xorasan, Xuzistan, Kohkiluye və Boyer Əhməd, Gülüstan və Lorestan da daxil olmaqla 8 əyalətdə daşqınlar baş verib.
Həmçinin bu ərazilərdə 206 nəfərə yardım göstərilib. 32 ailə müvəqqəti yaşayış yeri ilə təmin edilib, həmin ərazilərdə 13 çadır qurulub.
Daşqınların vurduğu ziyan açıqlanmayıb.
Apa.az