Oktyabr ayında 595 fələstinli sionistlər tərəfindən həbs edilib

Oktyabr ayında 595 fələstinli sionistlər tərəfindən həbs edilib

Fələstin mənbələri ötən oktyabr ayında 76-sı uşaq və 22-si qadın olmaqla 595 Fələstin vətəndaşının sionist qüvvələr tərəfindən həbs edildiyini bildirib.

Maa-ya istinadən verilən məlumata görə, Fələstinli Əsirlərin Araşdırma Mərkəzi ötən oktyabr ayında sionist qüvvələr tərəfindən 76-sı uşaq və 22-si qadın olmaqla 595 Fələstin vətəndaşının həbs olunduğunu elan edib.

Bu mərkəz elan edib: İşğalçılar son bir ayda müqavimət əməliyyatlarını dayandırmaq məqsədi ilə İordan çayının qərb sahili və Qüdsün müxtəlif şəhər və bölgələrinə hücumlarını artırıblar. İşğalçıların oktyabr ayında fələstinliləri həbs etmək üçün təşkil etdiyi hücumlarda 30% artım müşahidə olunub.

Bu araşdırma mərkəzinin direktoru Riyaz Əl-Əşqər işğalçı qüvvələrin son bir ayda uşaqları həbs etdiyini, ev dustaqlığını və vətəndaşlara qarşı maliyyə cinayətlərini davam etdirdiyini, beləliklə, 18-i şəhər sakinləri olan 76 uşaq və 22 qadını həbs etdiyini açıqladı.

Bu hesabatda deyilir: Oktyabr ayında işğal olunmuş Qüdsdə edilən həbslərin ümumi sayı 290-dan çox olub, onlardan 41-i uşaq, 18-i qadın olmaqla, cəmi 110-u Əl-Əqsa məscidi və ətraflarında, daha sonra Şuəfat, Əl-İsəviyyə və Səlvan ərazilərində həbs edilib.

Oktyabr ayında sionist rejim məhkəmələri Qüdsdə yaşayan məhbuslar üçün 11 müvəqqəti həbs, bu şəhərdən 48 deportasiya və Məscidül-Əqsadan 28 deportasiya qərarı verib. Bundan başqa, Qüds sakinləri barəsində məhkəmələr tərəfindən 29 ev dustaqlığı qərarı çıxarılıb.

Bu hesabatın başqa bir hissəsində deyilir: Sionist rejimin məhkəmələri 2 aydan 6 aya qədər 220 müvəqqəti həbs qərarı verib ki, onlardan 85-i yeni və 135-i əvvəlki qərarların uzadılmasıdır və bu qərarların ümumi sayı bu ilin əvvəlindən bu yana 1700-ə qədər artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − five =