Sionist təyyarəsinə qarşı “Əl-Qəssam” briqadasının müdafiəsi

Sionist təyyarəsinə qarşı “Əl-Qəssam” briqadasının müdafiəsi

HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam briqadası sionist düşmən təyyarələrinə qarşı müdafiəsini elan edib.

 Əl-Qəssam briqadası bu cümə günü bildirib ki, müdafiə qüvvələri əl-Məğazi düşərgəsinin girişindəki “Əl-Kətibə 13” qərargahını hədəfə almaq niyyətində olan sionist təyyarələri ilə mübarizə aparıb.

Əl-Mənar kanalının məlumatına görə, Əl-Qəssam briqadası öz bəyanatında Fələstin xalqı və torpağının müdafiəsinin davam etdiyini və bütün Fələstində sionist düşmənin vəhşi təcavüzü ilə mübarizə aparacağını vurğulayıb.

Sionist rejimin döyüş təyyarələri bu cümə səhəri Qəzzə zolağının mərkəzində yerləşən Əl-Məğazi düşərgəsində Fələstinin müqavimət mövqelərini bir neçə dəfə hədəfə alıb və nəticədə bu ərazidə bir neçə evə ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 7 =