Şəkidə tarixi abidə ərazisində körpə skeletləri tapıldı

Şəkidə tarixi abidədə aparılan bərpa-quruculuq işləri zamanı körpə skeletləri aşkar edilib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, dünən Şəki şəhəri Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən və hazırda şəbəkə sexi kimi fəaliyyət göstərən tarixi tikilidə təmir-bərpa işləri aparılarkən skeletlər üzə çıxıb.
Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən işlər zamanı tarixi binanın içindəki beton döşəmə təmir edilərkən 80-120 sm dərinlikdə skeletlər aşkar edilib. İlkin baxış zamanı skeletlərin körpələrə aid olması və uzun illər əvvəl basdırılması müəyyən edilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS