ABŞ-ı Bayden deyil, Soros idarə edir -ŞOK İDDİA

ABŞ-ı Bayden deyil, Soros idarə edir -ŞOK İDDİA

Publika.az xəbər verir ki, bu iddia ilə “American Thinker”-in köşə yazarı Brayan Kamenker çıxış edib.

Jurnalistin sözlərinə görə, teleprompterdən cümlələri çətinliklə oxuyan Bayden, ABŞ ordusunun Əfqanıstandan çıxarılması və böyük inflyasiya və immiqrasiya böhranına səbəb olan digər hallar da daxil olmaqla, onlarla radikal icra sərəncamlarını öz iradəsi ilə imzalamayıb.

Kamenker iddia edir ki, bütün son radikal qərarların arxasında Soros təşkilatlarının şəbəkələri dayanır: “Əllərində saysız-hesabsız sərvət və “Amerikaya nifrət” olan son dərəcə ağıllı insanlar…”

Məqalə müəllifi onu da qeyd edib ki, Bayden milyardlarla dollarlar və ən güclü Amerika korporasiyaları, siyasi təşkilatlar sayəsində prezidentlik yarışında qalib gələ bilib.

“İndi baş verənlərə nəzər salsaq və keçmişdən dərs alsaq, “hamımız cəhənnəmə gedən qatarın sərnişinləriyik” demək mübaliğə olmaz. Tezliklə buna mane olmasaq, geriyə dönüş olmayacaq”, – deyə Kamenker fikrini yekunlaşdırıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 3 =