ABŞ Almaniyada hərbi qərargah quracaq

ABŞ Almaniyada hərbi qərargah quracaq

ABŞ Ukraynaya əlavə 400 milyon dollar yardım edəcək və Almaniyada hərbi qərargah quracaq.

APA xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinx mətbuat konfransı zamanı deyib.

Sinx qeyd edib ki, ayrılacaq vəsait Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminin təkmilləşdirilməsi üçün xərclərə ayrılacaq. Bununla da Ukrayna Rusiya tərəfindən atılan raketlər və istifadə olunan dronlardan qoruna biləcək.

Həmçinin vurğulanıb ki, bu hücumlar nəticəsində Ukraynanın elektrik enerjisi və su-kanal sisteminə ciddi ziyan dəyib.

Sinx Almaniyada qurulacaq hərbi qərargahın Ukraynaya silahların göndərilməsi və hərbi dəstəyin göndərilməsindəki rolu barədə də danışıb: “Bu gün mən çox şadam ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya kömək qrupu yaradacaq. Bu qrup SAGU adlandırılacaq və Almaniyanın Visbaden şəhərindəki qərargahda yerləşəcək”.

Xatırladaq ki, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan Ukraynaya səfəri zamanı bu ölkənin Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra mətbuat konfransında deyib ki, ABŞ Rusiya Silahlı Qüvvələrinin Ukraynaya məxsus mülki infrastrukturu raket və dronlarla vurduğunu görərək HHM sisteminə kəskin tələbatın olmasını təsdiq edir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =