BƏƏ muzdluları Yəmənin cənubunda Səudiyyə əsgərlərini öldürüb

BƏƏ muzdluları Yəmənin cənubunda Səudiyyə əsgərlərini öldürüb

Yəmənin cənubunda BƏƏ-yə sadiq “keçid şurası” “Əl-Bureyqə” düşərgəsində və Ədən hava limanında olan bütün Səudiyyə hərbçiləri və zabitlərinin həbs edilməsi barədə əmr verib.

“Yəmən Press” xəbər agentliyi bu gün (bazar günü) yazıb: BƏƏ-nin dəstəklədiyi qondarma keçid şurasının komandirlərindən biri bu ölkənin zabit və əsgərləri vasitəsilə Səudiyyə Ərəbistanından qisas alacağına söz verib.

Qondarma ümumi keçid məclisinin üzvü muzdlu Həsən əl-Ləhci bir video klipdə deyib: Səudiyyə Ərəbistanı Ədəndəki vəziyyəti gərginləşdirməyə və bu şəhəri “Tariq Əfəş”ə təslim etməyə çalışır.

O, əlavə edib: Biz Əl-Bureyqə şəhərində koalisiya düşərgəsindəki Səudiyyə əsgər və zabitlərini, həmçinin hava limanında yerləşən batalyon əsgərlərini həbs etməliyik.

Bu bəyanatlar Ər-Riyadın muzdlu “Əidrus Əz-Zubeydinin” geri qaytarılmasının qarşısını almasına cavab olaraq BƏƏ-nin dəstəklədiyi keçid qüvvələrinə bağlı “Cənub Müqaviməti” adlandırılan qruplaşmanın Ədəndəki işğalçı Səudiyyə qüvvələrinə qarşı hərəkətlərini izləyən mənbələrin yaydığı xəbərlərdən sonra verilib.

Yəmənin istefa vermiş və fərari hökuməti və Cənubi Keçid Şurası 5 noyabr 2019-cu ildə Səudiyyə Ərəbistanının vasitəçiliyi və sözdə Yəmənin cənubunda sülhə nail olmaq məqsədi ilə Ər-Riyad Sülh Müqaviləsini imzalayıb.

Ər-Riyad razılaşmasının ən mühüm maddələri arasında 7 həftə ərzində Ədən şəhərində Mənsur Hadinin ləğv edilmiş hökumətinin yaradılması, hərbi qüvvələrin ölkə nazirliklərinin nəzarəti altında cəmləşdirilməsi də qeyd edilib. Həmçinin, Səudiyyə koalisiyasının nəzarəti altında Ənsarullah hərəkatı əleyhinə birgə qarşıdurma və monitorinq komitəsinin yaradılması Ər-Riyadın Səudiyyə nəzarəti ilə razılaşmasına əsaslanıb.

Bu sazişin imzalanması Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, bu ölkənin vəliəhdi Məhəmməd bin Salmanın, Yəmən Respublikasının istefa vermiş və qaçaq prezidenti Əbdi Rəbbih Mənsur Hadi, vəliəhd şahzadə Məhəmməd bin Zayidin nəzarəti altında baş tutub.

Yəmənə hücum edən koalisiyanın əsas üzvü olan BƏƏ-nin dəstəklədiyi “Cənubi Yəmənin Keçid Şurası” 2017-ci ildə yaradılıb və hazırda Ədən (Yəmənin cənubunun mərkəzi), Sokotri əyaləti (cənub-şərq) və ölkənin digər cənub bölgələrinə nəzarət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =