ABŞ-ın Filadelfiya şəhərində baş verən atışma nəticəsində 12 nəfər yaralanıb

ABŞ-ın Filadelfiya şəhərində baş verən atışma nəticəsində 12 nəfər yaralanıb

Amerika mediası Pensilvaniya ştatının Filadelfiya şəhərində atışma hadisəsi baş verdiyini yazır.

Amerika mediası Filadelfiya şəhərinin “Kensinqton” məhəlləsində atışma baş verdiyini bildirib.

 “CBS” saytının məlumatına görə, silahlı şəxslər Kensinqton bölgəsində gecə klubunun yaxınlığında insanlara atəş açıblar və hadisə nəticəsində azı 12 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılsa da, onların vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.

Filadelfiya şəhərinin meri polis qüvvələrinin hazırda hadisə yerində olduğunu bildirərək, silahlı şəxslərin qara rəngli avtomobildən düşərək insanlara atəş açdığını və sonra oradan qaçdığını bildirib.

Polisin məlumatına görə, silahlı şəxslər ən azı 40 güllə atıblar və yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis şübhəlilərin və qaçan şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 8 =