İsveç XİN başçısı: “PKK/YPG kimi terror təşkilatları ilə əlaqə qurmaq fikrimiz yoxdur”

İsveç XİN başçısı: “PKK/YPG kimi terror təşkilatları ilə əlaqə qurmaq fikrimiz yoxdur”

İsveçin xarici işlər naziri Tobias Bilström Türkiyənin demokratiyaya əsaslanan ölkə olduğunu söyləyib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi nazirin “Aftonbladet” qəzetinə müsahibəsinə istinadən yazıb.

“Bizim gündəmdə RKK və YPG ilə əlaqə qurulması məsələsi yoxdur. Bu mövqe Türkiyə hökuməti tərəfindən də qeyd olunub. Hazırda İsveçi idarə edən hökumətin RKK/YPG tərəfdarları ilə heç bir razılaşması və əlaqəsi yoxdur. Bu, şübhəsizdir”, – XİN başçısı deyib.

O, Türkiyə ilə NATO arasında danışıqlar əvvəlki sosial-demokrat hökumət dövründəkindən daha yaxşı getdiyini və prosesin daha rahat irəlilədiyini vurğulayıb.

“Türkiyə azad seçkilər keçirən dövlətdir. Beləliklə, demokratiyanın meyarları yerinə yetirilir. Məsələn, insan haqları ilə bağlı hər hansı problem yarananda, bunu Türkiyə hökumətinə bildirməkdən çəkinmirik”, – isveçli nazir əlavə edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + nineteen =