Bağdadda Amerika vətəndaşı və Kanadalı zabitin şübhəli ölümü-Foto

Bağdadda Amerika vətəndaşı və Kanadalı zabitin şübhəli ölümü-Foto

İraq təhlükəsizlik qüvvələri Bağdadda bir Amerika vətəndaşının, bir kanadalı zabitin isə şübhəli şəraitdə öldüyünü bildirib.

Məlumata görə, İraqın Daxili İşlər Nazirliyindəki təhlükəsizlik mənbəsi Bağdadın mərkəzində bir Amerika vətəndaşının öldürüldüyü barədə məlumat yayıb.

Bu mənbə Bağdad Əl-Yəvm xəbər saytına bildirib: Naməlum silahlı şəxslər Bağdadın mərkəzindəki Əl-Karade bölgəsində “Prado” markalı avtomobilə atəş açıblar və nəticədə avtomobildə olan vətəndaş həlak olub.

Bu mənbənin sözlərinə görə, təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb və təcili yardım da bu Amerika vətəndaşının cəsədini tibbi ekspertizaya təhvil verib.

Bağdad Əl-Yəvm həmçinin, Kanada Silahlı Qüvvələrinə istinadən xəbər verib ki, ölkə zabitlərindən biri Bağdadda qeyri-müəyyən şəraitdə ölüb.

Kanada Silahlı Qüvvələrinin rəsmi səhifəsi də öz Twitter səhifəsində yazıb: Erik Çi Yunq bu şənbə günü Bağdadda qeyri-operativ şəraitdə dünyasını dəyişib. Bu hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bu iki hadisə ilə bağlı daha ətraflı məlumatı məsul İraq qüvvələri dərc etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =