FIFA-nın eks prezidenti: “DÇ-2022 ABŞ-da keçirilməli idi, ancaq Platini Qətərə saldı”

FIFA-nın eks prezidenti: “DÇ-2022 ABŞ-da keçirilməli idi, ancaq Platini Qətərə saldı”

“Qətər çox kiçik ölkədir. Futbol və dünya çempionatı bu dövlət üçün çox böyükdür. Qətəri seçmək səhv idi. FIFA-nın İcraiyyə Komitəsində 2018-ci ildə Rusiyanın, 2022-ci ildə isə ABŞ-ın dünya çempionatına ev sahibliyi etməsi ilə bağlı razılığa gəldik. İki uzun müddət siyasi rəqiblər növbə ilə Dünya Kubokunu təşkil etsəydilər, bu, sülh jesti olardı”.

“Report” “Tagesanzeiger”a istinadən məlumat verir ki, bunu FIFA-nın eks prezidenti Jozef Blatter deyib.

Ali futbol qurumunun 8-ci başqanı bildirib ki, FIFA-nın həlledici konqresinə bir həftə qalmış UEFA-nın o zamankı prezidenti Mişel Platini ona zəng edərək planın həyata keçirilməyəcəyini bildirib: “Mişel bir gün əvvəl Qətərin vəliəhd şahzadəsi ilə nahar edən prezident Sarkozinin sarayına dəvət olunub. Sarkozi Platiniyə tapşırıb ki, dünya çempionatının ev sahibi seçimlərində Qətər üçün nəsə etməyə çalışsın”.

Blatter vurğulayıb ki, məhz Platininin səsləri sayəsində dünya çempionatı ABŞ-a yox, Qətərə keçib: “Təbii ki, söhbət həm də puldan gedirdi. Altı aydan sonra Qətər Fransadan 14,6 milyard dollara qırıcı təyyarələr aldı”.

Qeyd edək ki, DÇ-2022-nin Qətərdə keçirilməsi ilə bağlı yekun qərar 2010-cu ilin dekabr ayında FIFA İK-nın iclasında açıqlanmışdı.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + twelve =