Sabah dumanlı hava olacaq

Sabah dumanlı hava olacaq

Noyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əscək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =