Qlobal inflyasiya pik həddinə çata bilər -BVF

Qlobal inflyasiya pik həddinə çata bilər -BVF

Bu barədə Publika.az “Bloomberg”ə istinadən xəbər verir.

“Mən məlumatı qabaqlamaq fikrində deyiləm, lakin ola bilsin ki, zirvəyə çatdıq. İndi biz görürük ki, mərkəzi banklar inflyasiya ilə mübarizədə həmrəydirlər, bu, əsas prioritetdir və haqlı olaraq belədir. Əgər uğur qazanmasaq, hər şey dağılacaq, sonra isə qiymət sabitliyi olan artımın təməli sarsılacaq”, – BVF rəhbəri oktyabr ayı üzrə ABŞ-da inflyasiya 8%-ə yaxın olan bir gün əvvəl açıqlanan məlumatlara istinad edərək bildirib.

Georgieva qeyd edib ki, ən azı istehlak qiymətlərinin artım dinamikasını məqbul templərə endirməyə çalışmaq vacibdir.

“İnflyasiyanın istənilən səviyyəyə, təxminən 2%-ə endirilməsi daha çətindir. Əgər tədarük zəncirlərinin diversifikasiyasını görsək, bu, istər-istəməz qiymətlərə təsir göstərəcək”, – maliyyəçi vurğulayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =