2022-ci ildə azı 15 000 avropalı istilər səbəbindən ölüb – ÜST

2022-ci ildə azı 15 000 avropalı istilər səbəbindən ölüb – ÜST

2022-ci ildə ən azı 15 min avropalı istilər səbəbindən həyatını itirib.

Trend xəbər verir ki, bunu bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge Şarm əl-Şeyxdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 27-ci Konfransının açılışında bildirib.

“Ölkələr tərəfindən verilən məlumatlara əsasən, 2022-ci ildə ən azı 15 min insanın istilər səbəbindən öldüyü təxmin edilir. Bunların arasında İspaniyada təxminən 4 min, Portuqaliyada mindən çox, İngiltərədə 3,2 mindən çox, Almaniyada 4,5 min ölüm xəbəri yayın üç ayı ərzində səhiyyə orqanları tərəfindən açıqlanıb”, – deyə H.Klüge bildirib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − five =