Fələstinli silahlı qruplar: İşğalçıların müqavimətə zərbə vurmaq planı iflasa uğradı

Fələstinli silahlı qruplar: İşğalçıların müqavimətə zərbə vurmaq planı iflasa uğradı

Fələstin müqavimət qrupları sionist əsgərlər tərəfindən vurulan fələstinli gənc “Mehdi Haşaş”ın şəhadəti münasibəti ilə Fələstin xalqına başsağlığı verib və “İnqilabçı gənclərin bu hücumlara davamlı cavabı onların işğalçı rejimlə müharibə və rejimin müqavimətə zərbə vurmaq planını məğlub etmək əzmində olduğunu təsdiqləyir.”

Fələstinin “İslami Cihad” hərəkatı öz şəhid yoldaşlarına qoşulan şəhid “Mehdi Haşaş”ın əzadarlığında vurğulayıb: “Onun pak qanı müqavimət üzvlərimizin müdafiədəki əhdini təzələyir.”

Bəlatə düşərgəsinin gənc fələstinli sakini Mehdi Həşaş Nablusun şərqində işğalçı sionistlərlə səhər tezdən toqquşmalarda şəhid olub.

İslami Cihad bəyanatının davamında deyilir: İşğalçı qüvvələr tərəfindən qorunan mühacirlərin Həzrət Yusifin (ə) məqbərəsinə hücumu müqavimət qruplarının müqaviməti və qarşıdurması ilə qarşılanacaq. Döyüşçülərimiz sübut edəcəklər ki, işğalçıların müqavimətə zərbə vurmaq planı iflasa uğrayıb.

Onlarla işğalçı sionist, o cümlədən, sionist rejim parlamentinin bir sıra üzvləri bu gün səhər saatlarında Həzrət Yusifin (ə) Nəblus şəhərinin şərqindəki məqbərəsinə daxil olub və orada talmud ayinləri keçiriblər.

İordan çayının qərb sahilində yeni yaranan “Ərinəl-Əsvəd” müqavimət qrupu da bəyanat verərək, fələstinli döyüşçülərin bu çərşənbə səhəri Nablusun şərqində İsrail işğalçılarının hücumundan sonra onlarla şiddətli silahlı qarşıdurmaya girdiyini açıqlayıb.

HƏMAS-ın sözçüsü Hazim Qasim açıqlamasında bildirib: İşğalçı ordu və mühacirlərin dünən gecə Nablus şəhərinə hücumu zamanı şəhid olan Mehdi Həşaşın şəhadət xəbəri ilə bağlı başsağlığı veririk. İnqilabçı gənclərin bu hücumlara cavab verməsi bizim qətiyyətimizin sübutudur və işğalçı rejimlə müharibəni davam etdirmək lazımdır.

Qasim mətbuata açıqlamasında qeyd edib: Şəhidlərin qanı xalqımızın inqilabını alovlandırmaq və Fələstin xalqının azadlıq və müstəqilliyə nail olmaq məqsədlərinə çatana qədər işğalçıya qarşı mübarizəni davam etdirmək motivasiyası üçün həmişə odun kimi olub.

 “Sərayəl-Qüds” (İslami Cihadın hərbi qolu) da öz bəyanatında sionist ordusunun qüvvələrini hədəf alan əməliyyatın uğurunu açıqlayıb.

Bu açıqlamada bildirilir ki, Sərayəl-Qüds mücahidləri işğalçı ordunun mövqelərini atəşə tutmaq və hədəfə almaqla yanaşı, dünən gecə əməliyyat yerindən itkisiz geri çəkilə bilmişlər.

Fələstin Qızıl Aypara Cəmiyyəti Həşaşın qarın və ayaqlarından yaralandığını və xəstəxanaya aparıldıqdan sonra həyatını itirdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =