“Bavariya”nın ulduz futbolçusu dünya çempionatını buraxacaq

“Bavariya”nın ulduz futbolçusu dünya çempionatını buraxacaq

Seneqal millisinin və Almaniya “Bavariya”sının futbolçusu Sadio Mane bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

“Report” “L Equipe” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı hücumçunun evdə “Verder”i 6:1 hesabı ilə darmadağın etdikləri Bundesliqanın XIV tur matçında zədələnməsidir.

Axill vətərində problem aşkarlanan təcrübəli forvardın sıraya qayıdacağı tarix bəlli deyil.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 6 =