NATO-nun sammiti bu şəhərdə keçiriləcək – Rusiyaya gözdağı

Publika.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının növbəti görüşü 11-12 iyul 2023-cü ildə Vilnüsdə keçiriləcək”, – deyə TASS onun sözlərindən sitat gətirir.
Stoltenberq deyib ki, sammit zamanı NATO liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini nəzərdən keçirəcəklər.
Qeyd edək ki, NATO-nun Rusiya ilə hazırkı gərgin münasibətləri fonunda onun növbəti sammitinin Rusiya ilə həmsərhəd (Kalininqrad vilayəti vasitəsilə) ölkədə keçirilməsi diqqətdən yayınmır.
Publika.az