ABŞ-da şok hadisə – Ölmüş şəxs konqresmen seçildi

ABŞ-da şok hadisə – Ölmüş şəxs konqresmen seçildi

Birləşmiş Ştatlarda konqres seçkilərində qeyri-adi hadisə baş verib.

Publika.az-ın xəbərinə görə, ABŞ-da dünyasını dəyişmiş şəxs yenidən konqresmen seçilib. Hadisə Pensilvaniya ştatında baş verib.

Dünyasını dəyişmiş keçmiş konqresmen Entoni DeLuk aralıq seçkilərində “qalib gəlib”.

Məsələyə Demokratlar Partiyasının regional bölməsinin reaksiyası da maraqlı olub. Hakim siyasi düşərgədən bildiriblər ki, ölmüş sabiq konqresmenin yenidən həmin posta seçilməsi ilə fəxr edirlər:

“Konqresmen Tony De Lukun ölümündən inanılmaz dərəcədə kədərlənsək də, seçicilərin, onu yenidən konqresmen seçərək mərhuma etimadlarını göstərməsindən qürur duyuruq. Eyni zamanda, demokratik dəyərlərə sadiqliyini nümayiş etdirmək yolunda konqres kimi mərhum De Lukla yola davam etmək istəmələri ilə fəxr edirik”.

Məlumatlara görə, bu ilin oktyabrın 9-da dünyasını dəyişən De Lukun seçkilərdə qalib gəlməsi simvolik bir addımdır.

Demokrat Partiyası tezliklə adıçəkilən bölgədə növbədənkənar seçkilərin keçiriləcəyini vəd edib.

Ölən şəxsin konqresmen seçilməsi son seçkilərin yeganə hadisəsi deyil. Bildirilir ki, oxşar vəziyyət Tennessi ştatında da baş verib.

Belə ki, dünyasını dəyişmiş daha bir sabiq konqresmen öləndən sonra yenidən bu posta seçilib. Söhbət Barbara Kuperdən gedir. Məlumata görə, siyasətçi oktyabrın 25-də vəfat edib, amma seçicilər onu Nümayəndələr Palatasındakı vəzifəsinə yenidən seçiblər.

ABŞ Prezidenti Co Bayden bir müddət əvvəl bildirmişdi ki, konqresə seçkilərə heç bir müdaxilə olmayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − four =