Moskvanın hava limanında atışma

Moskvanın hava limanında atışma

Rusiya paytaxtında aeroportda silahlı soyğun hadisəsi baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 10-da Moskvanın Domodedovo hava limanında quldurluq olub.

Belə ki, basqınçılar “Lexus” markalı avtomobilə atəş açıb, külli miqdarda pul oğurlayıb və “Chevrolet Tahoe” markalı avtomobillə qaçıblar.

Bundan başqa, zərərçəkənlərin belə böyük məbləğlə Moskvaya biznes qurmaq üçün yollandıqları deyilir.

Onlar aeroportda pulu bəyan edəndən və nağd pulla dolu çantalarla hava limanından çıxandan sonra iki maşın onların yanında saxlayıb, əllərində avtomat silahlar olan insanlar düşüblər. Qırğızlar quldurları görən kimi pulu onlara veriblər. Daha sonra oğrular hadisə yerindən uzaqlaşıblar.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =