50 evdən oğurluq edən kişi getdiyi evdə şəxsiyyət vəsiqəsini düşürdü – VİDEO

50 evdən oğurluq edən kişi getdiyi evdə şəxsiyyət vəsiqəsini düşürdü – VİDEO

Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən axtarışda olan şəxs saxlanılıb.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Əməliyyat zamanı əvvəllər də mənzil oğurluqları etdiyi üçün dəfələrlə məhkum edilmiş Əhliman Atamov tutulub. Bu şəxsin Xəzər rayonu ərazisində 10 evdən pul və qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb.

Aparılan araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyən edilib. O həmin evlərdən də ancaq pul və qızıl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Əhliman Atamov Sabunçu rayonunda oğurluq etdiyi mənzillərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsini də həmin evdə düşürüb.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əhliman Atamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =