Amerikanın üç F-35 qırıcı təyyarəsi sionist rejimə çatdırılıb

Amerikanın üç F-35 qırıcı təyyarəsi sionist rejimə çatdırılıb

İbrani mənbələri İsrail Hərbi Hava Qüvvələrinin üç yeni Amerika F-35 döyüş təyyarəsi ilə təchiz olunduğunu bildirib.

“İsrail Hyum” qəzeti bu gün, cümə axşamı, ABŞ-dan daha 3 ədəd F-35 qırıcı təyyarəsinin işğal olunmuş ərazilərə daxil olduğunu və Hərbi Hava Qüvvələri donanmasını daha da gücləndirmək üçün İsrail Hərbi Hava Qüvvələrinin Ən-Nəqib bölgəsindəki bazasına eniş etdiyini açıqlayıb.

Dünən bu 3 qırıcı təyyarə Amerikadan havaya qalxıb və bu gün işğal olunmuş ərazilərin cənubunda Ən-Nəqib aviabazasına gəlib.

Bu qırıcının istehsalçısının planına görə, 2024-cü ilin əvvəlində müqaviləsinin Tel-Əvivlə imzalanmış 50 ədəd F-35 təyyarəsinin tədarükü prosesi başa çatacağına baxmayaraq, yerdə qalan qırıcıların çoxu müxtəlif istehsal mərhələsindədir.

Qeyd edək ki, bu tip qırıcıların hazırlanması prosesi təxminən iki il çəkir.

Bu qabaqcıl qırıcının hər birinin qiyməti 90 milyon dollardır və 16 ton raket daşımağa qadirdir və radarlardan yayınma qabiliyyətinə malik olmaqla, sürəti saatda 1900 kilometrə çatır.

İsrail Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Amikam Nurkin bu yaxınlarda bu rejimin 2018-ci ildə dünyada ilk dəfə F-35 qırıcısından hava hücumu üçün istifadə etdiyini açıqlamışdı.

Sionist ordunun elanına əsasən, bu qırıcı 2021-ci ilin mayında rejimin Qəzzə zolağına hücumu zamanı Qəzzə zolağındakı bəzi hədəflərə hücum edib.

Ötən ilin martında sionist rejimin sözçüsü F-35 qırıcılarının İran pilotsuz təyyarələrini ələ keçirdikdən sonra dünyada ilk dəfə olaraq onları məhv etdiyini iddia etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 19 =