Ərəblər “Liverpul”u istəyir

Ərəblər “Liverpul”u istəyir

“Liverpul”un potensial müştərilərindən biri bəlli olub.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Dubay İnvestisiya Kapitalı (DIC) İngiltərə klubunu almaq niyyətindədir.

BƏƏ-dən olan investorlar Premyer Liqa təmsilçisi üçün 5 milyard dollar təklif edəcək. Klubun indiki sahibi “Fenway Sports Group” (FSG) “Liverpul”u satmaq istəyindədir.

Qeyd edək ki, ABŞ şirkəti klubu 2010-cu ilin mayında 3,5 milyard funt sterlinqə alıb.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + fourteen =