130 min fələstinli köçkünlük təhlükəsi ilə üzləşib

130 min fələstinli köçkünlük təhlükəsi ilə üzləşib

1948-ci ildə işğal olunmuş ərazilərdəki 130 min fələstinli sionist rejim tərəfindən evlərinin dağıdılması təhlükəsi ilə üzləşib.

Fələstin mediasının məlumatına görə, 1948-ci ilin işğal olunmuş ərazilərindəki Ərəb Alternativ Xəritəçəkmə Mərkəzi hesabatında bu bölgədə 130 min nəfərin sionist işğalçıları tərəfindən evlərinin dağıdılması riski ilə üzləşdiyini açıqlayıb.

Bu hesabata görə, 1948-ci ildə işğal olunmuş ərazilərdə 14 minə yaxın yaşayış binası dağıdılmaya məruz qalır və bu ərazilərdə 130 min insan evlərini itirə, köçkün və evsiz qala bilər.

Bu hesabatın başqa bir hissəsində təqribən 29 min binanın tikintiyə icazəsi olmadığı və sionist rejimin hələ də onlara icazə vermək istəmədiyi bildirilir.

Qeyd edək ki, son onilliklərdə, Fələstinin işğalından sonra sionist rejim müxtəlif həll yolları ilə, o cümlədən ev sökülməsi, deportasiya, şəxsiyyət oğurluğu, qətl və qarətlə bu torpaqlarda saxta varlığını bərqərar etməyə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + six =