Azərbaycanlılar Fransa Senatı qarşısında etiraz aksiyaları keçirəcəklər

Azərbaycanlılar Fransa Senatı qarşısında etiraz aksiyaları keçirəcəklər

Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə müzakirə olunacağı gün azərbaycanlılar aksiya keçirəcək.

BAKU.WS xəbər verir ki, aksiya Fransa Senatının qarşısında baş tutacaq.

Aksiya zamanı Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalət tələb edəcəklər. Həmin gün Fransa parlamentinin yuxarı palatasında ermənipərəst qətnamənin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatına ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın altı üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − twelve =