Oman dənizində İsrail neft tankerinə pilotsuz təyyarə hücumu

Associated Press məlumatlı mənbələrə istinadən xəbər verir ki, Oman dənizində israilli milyarderə məxsus neft tankeri pilotsuz təyyarə ilə hücumun hədəfi olub.
Mehr xəbər agentliyinin məlumatına görə, Associated Press məlumatlı mənbələrə istinadən bir neçə dəqiqə əvvəl israilli milyarderə məxsus neft tankerinin Oman dənizində pilotsuz təyyarələrin hücumuna məruz qaldığını açıqlayıb.
Associated Press-in Qərbi Asiya ölkələrinin müdafiə rəsmilərindən biri olduğunu bildirən və adının açıqlanmasını istəməyən bu məlumatlı məmurun sözlərinə görə, bu hücum çərşənbə axşamı intiharçı dronlarla həyata keçirilib.
“Britaniya Dəniz Ticarət Əməliyyatları” rəsmiləri Associated Press-ə verdiyi müsahibədə deyib: “Biz bu hadisədən xəbərdarıq və araşdırma başladılıb.” Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatı ölkənin gəmiçiliyə nəzarət etmək üçün bölgədəki hərbi təşkilatıdır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının komandiri Timothy Hawkins də Reuters-ə müsahibəsində “ABŞ Oman sahillərində ticarət gəmisinin başına gələn hadisədən xəbərdardır.” – deyib.
Associated Press-in məlumatlı mənbəsi bu tankerin mülkiyyətinin təfərrüatları barədə məlumat verib: Hücumun hədəfi olan tanker Liberiya bayrağı altında üzürdü və Sinqapurda yerləşən Şərqi Sakit Okean Gəmiçiliyinin idarəçiliyi altındadır. Bu gəmiçilik şirkəti də israilli milyarder “Edan Ofer”ə məxsusdur.
Bu tankerin sahibi olan şirkət bu hadisədə heç kimin xəsarət almadığını və dənizin çirklənməsinin olmadığını açıqlayıb.
Sionist rejimin neft tankerinə edilən bu pilotsuz təyyarə hücumunun məsuliyyətini hələ heç kim üzərinə götürməyib, lakin Əl-Cəzirə telekanalı xəbər verib ki, “İsrail Ordusu Radiosu” sionist rejimin yüksək rütbəli təhlükəsizlik rəsmisinin İranı hücumda əli olmaqda ittiham etdiyini iddia edib.