Suriyada vəbaya yoluxanların sayı 1400 nəfərə çatıb

Noyabrın əvvəlindən Suriyada 500-ə yaxın şəxs vəbaya yoluxub.
Trend-in məlumatına görə, bu barədə bu gün Suriyanın Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunur ki, ilin əvvəlindən bu xəstəliyə yoluxanların sayı 1400 nəfərə çatıb.
İl ərzində 49 nəfər vəbanın qurbanı olub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər il 4 milyonadək vəbaya yoluxma aşkar edilir, on minlərlə şəxs həyatını itirir.
Trend.az