İşğaldan azad edilmiş bu rayonlarda yeni kəndlərin salınmasına hazırlıq gedir

İşğaldan azad edilmiş bu rayonlarda yeni kəndlərin salınmasına hazırlıq gedir

Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərinin layihələndirilməsi işləri başlayıb və onların konsept dizaynının bir hissəsi artıq hazırdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

“Gələn ilin ortalarında həmin kəndlərin salınmasına başlanılacaq. Zəngilan şəhərində isə yaşayış məhəlləsinin təməlqoyması həyata keçirilib və tikintisi növbəti ilə planlaşdırılır”, – deyə o qeyd edib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − three =